Bazar, 19 May

"Kinder"dən sonra daha bir markada bakteriya aşkarlandı - 3 fabrik bağlandı 

image

ABŞ-da yerləşən və biskvitləri, şokoladları ilə tanınan, eyni zamanda Oreo, Mikado və Pepito şirniyatlarının istehsalçısı olan “Mondelez” şirkətinin məhsullarının tərkibində “salmonella” bakteriyası tapılıb. 

Xəbər verilir ki, “salmonella” bakteriyası ilə əlaqədar olaraq şirkət 3 istehsal fabrikinin bağlandığını bildirib.

Şirkət rəhbərləri böyük ajiotaj yaranmasın deyə fabrikləri “böyük təmizlik” adı altında bağlayıblar. Lakin əsl səbəb bakteriyanın aşkarlanması olub. Fəaliyyəti dayandırılmış fabriklərin bərpasının uzun zaman alacağını da qeyd ediblər.

Qida mütəxəssisləri məhsullarda “salmonella”nın olma səbəbini istehsalçıların qənaət etmək düşüncəsi ilə ucuz məhsullara üz tutmasında görürlər.

Qeyd edək ki, Fransada “Nestle”yə aid olan “Buitoni” pizzalarında, həmçinin Avropanın bir sıra ölkələrində “Ferrero” şirkətinə aid olan “Kinder” şokoladlarında, “Lactalis” şirkətinin pendirlərində bakteriya aşkarlanması səbəbi ilə sözügedən firmalar bu məhsulların böyük bir qismini bazardan çıxarıblar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada şokolad məhsulları ilə bağlı 151 “salmonella” infeksiyası mövcuddur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41